Saytımıza xoş gəlmisiniz

Qarabağdakı “seçki”lərdə Sərkisyan qalib gəldi…

Oxunma sayı: 29

199123

Ötən bazar günü Azərbaycan torpaqlarında qondarılmış erməni “Milli Məclisi” nə növbəti  əlavə “seçkilər” keçirilib.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, “seçici”lərin yalnız 43 faizinin iştirak etdiyi  “səsvermə”nin nəticələrinə görə,  9 namizəd arasından Aram Sərkisyan adlı  bitərəf qalib gəlib. O, qondarma rejimin “şəhərsalma nazirliyi” adlanan qanunsuz qurumunun əməkdaşıdır.

Xəbərdə xatırladılır ki, separatçı və qanunsuz “parlament”də boş yer bitərəf “deputat” Arsen Arustamyanın “İctimai teleradio şirkəti”i şurasının üzvü təyin edildikdən sonra yaranıb.

Sultan Laçın 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*