Saytımıza xoş gəlmisiniz

“Qarabağdakı vəziyyət hər zaman Ermənistanı narahat edib” – Tarasov

Oxunma sayı: 108

23423423423423_1513583115_1523258911_1523684769

“Dağlıq Qarabağdakı vəziyyət, hər zaman Ermənistanı narahat edib”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz üzrə rusiyalı ekspert Stanislav Tarasov bildirib.

O, erməni jurnalistlərinin Azərbaycan-Ermənistan sərhəd xətti ilə bağlı verdiyi təxribatçı suallarından yayınaraq, Qarabağ danışıqlarının növbəti mərhələsinin keçirilməsi barədə danışıb.

“Hər iki ölkədə prezident seçildi. İndi iki ölkə arasında dialoqun necə baş tutacağı maraqlıdır. Bu dialoq ümumiyyətlə aparılacaqmı və ya hansı şərtlərlə aparılacaq, tərəflər doğrudan da dalandan çıxmağa səy göstərəcəkmi? Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır”, – deyə Tarasov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*