Saytımıza xoş gəlmisiniz

Qarabağın separatçı erməni lideri QORXUYA DÜŞDÜ…

Oxunma sayı: 158

received_1471628032966917

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terorçu rejimin başçısı Bako Saakyanın son günlər Ermənistandakı kütləvi etiraz aksiyalarından bərk narahat olduğu bəlli olub.

“KarabakhTV” xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, oyuncaq rəhbər Ermənistan xalqına müraciət ünvanlayaraq onları sakitliyə, Sərkisyan hakimiyyətinə müqavimət göstərməməyə çağırıb. Separatçı Ermənistanda sabitliyin pozulmasının Azərbaycanın torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamasına şərait yaratmasına da işarə vurub. Sərkisyan rejiminin – Kremlin himayə etdiyi Qarabağ klanının çökəcəyi halda özünün və başında durduğu qondarma qurumun da taleyinin sual altında qalacağını yaxşı anlayan B.Saakyan N.Paşinyan başda olmaqla müxalifətçiləri hakimiyyətlə dialoqa getməklə sabitlik yaratmağı xahiş edib.

Qeyd edək ki, separatçı rejimin “parlamenti” hesab edilən qurum da oxşar məzmunda bəyanat verib.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*