Saytımıza xoş gəlmisiniz

QHT “20 gün erməni girovluğunda – Qarabağ həqiqətləri” filminin çəkilişinə başlayıb

Oxunma sayı: 74

600_s42zpx8v88e5

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi yeni layihəyəsi çərçivəsində  “20 gün erməni girovluğunda – Qarabağ həqiqətləri”  filminin çəkilişinə başlayıb.

Qeyd edək ki, film uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində məsul vəzifələrdə çalışan, bütün fəaliyyəti dövründə yersiz torpaq iddiasında olan millətçi ermənilərə qarşı sərt mövqe nümayiş etdirən və bu fəaliyyətinə görə ermənilər tərəfindən 20 gün girovluqda saxlanılan vətənpərvər ziyalı Arif Əliyevdən bəhs edir.

Birliyin üzvləri və çəkiliş qrupu bu günlərdə Gəncə şəhərinə ezam olunub. Layihənin rəhbəri “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib ki, çəkilişlər Bakı şəhərində, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Goranboy rayonlarında və Ağcakənd qəsəbəsində davam edəcək.

600_1fl3s5u2k7n7

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*