Saytımıza xoş gəlmisiniz

Qırmızıkənd istiqamətində təxribat: Mövqelərimiz minaatanlardan atəşə tutulub

Oxunma sayı: 46

ermenistan-ordusu-dagliq-qarabagda-715x400345345_1509626026123_151645760423423_1518445001

Düşmən cəbhə xəttində növbəti dəfə təxribata cəhd edib. 

Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusu cəbhənin Tərtər rayonu Qırmızıkənd kəndi istiqamətindəki qarşıdurma xəttində Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub.

Təxminən saat 17:00 radələrindən etibarən eşidilən atəş səsləri yarım saat ərzində davam edib.

Düşmən odumuzun hərbçiləri tərəfindən layiqli cavab atəşi ilə tam susdurulub.

Qeyd edək ki, mərmi səsləri əraziyə yaxın yaşayış məntəqələrindən açıq-aşkar eşidilib. Mərmilərin bir neçəsi otlaq sahələrə düşüb.

Hazırda ərazidə tam sakitlik hökm sürür. Vəziyyət odumuzun nəzarəti altındadır.

Elgün Gəncimsoy, Tərtər
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*