Saytımıza xoş gəlmisiniz

Qorbaçov xəbərdarlıq etdi: “Nüvə müqaviləsindən çıxmaq böyük xəta olar”

Oxunma sayı: 21

2018/10/2018--1540191843.jpg

Sovet İttifaqının sonuncu lideri Mixayıl Qorbaçov ABŞ prezidenti Donald Trampın Soyuq Müharibə dövründə imzalanmış nüvə müqaviləsindən çıxma planına münasibət bildirib.

Ordu.az “Independent”ə istinadən xəbər verir ki, Sovetlərin ilk və son prezidenti bu addımın böyük bir yanlış ola biləcəyini vurğulayıb.

“Heç bir şəkildə köhnə tərki-silah sazişlərinə zərər verməməliyik. Yəni həqiqətən Vaşinqtondakılar bunun nələrə yol aça biləcəyini dərk etmirlər? Nüvə müqaviləsindən imtina etmək yanlışdır”, – deyə Qorbaçov ifadə edib.

Xatırladaq ki, həftəsonu Nevada ştatındakı mitinqdə müqavilədən danışan Tramp Rusiyanın bu müqaviləyə sadiq qalmadığından təəssüf etdiyini və ABŞ-ın onu tərk edəcəyini elan edib.

Ağalar Ağalarlı

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*