Saytımıza xoş gəlmisiniz

“Qraparak” qəzeti: “Ermənistanda dövlət sistemi iflic vəziyyətindədir”

Oxunma sayı: 397

37007098_2115012812105748_4372200076521504768_n

Nə qədər ki, Nikol Paşinyanın reytinqi yüksəkdir…

Karabakh.tv xəbər verir ki, “Qraparak” qəzetində “Ermənistanda dövlət sistemi iflic vəziyyətindədir” adlı məqalə dərc edilib. Məqalədə deyilir:

“Dövlət sisteminin işi orta bənddə pozulub. İndi ancaq “yoxlayan-tutan” orqanlar fəaliyyət göstərir. İdarə və şöbə rəisləri səviyyəsində isə hamı növbəti seçkiləri gözləyir. Bu üzdən ciddi islahatlara başlamaq qeyri-mümkündür. Bu çərçivədəki qruplar siyasi cəhətdən kənarda qalıb. Dəyişiklər isə onlara təsir göstərmir. Ancaq “inqilab”dan sonra kadr yerdəyişmələrinin dalğası artıq bu qrupa da çatmaqdadır: bir sıra adamlara ərizə yazmaq və vəzifədən getmək əmri verilib.

Sistem iflic vəziyyətindədir. Adamların çoxu başını götürüb qaçır. Yeni gələnlər isə köhnələrə cinayətkar kimi baxır. Daxildə çox ciddi narazılıqlar yaranıb. Sadəcə hələ nə qədər ki, Nikol Paşinyanın reytinqi yüksəkdir, hamı susacaq, ancaq gözəl günlərin birində böyük bir partlayış baş verəcək…”

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*