Saytımıza xoş gəlmisiniz

Qriqoryanın ailəsi Rusiyaya qaçdı

Oxunma sayı: 165

37038865_2113086898965006_1304020550024167424_n

Karabakh.tv  xəbər verir ki, “Joxovurd” qəzetinin yazdığına görə, Eçmiədzinin sabiq meri Karen Qriqoryanın həyat yoldaşı və uşaqları daimi yaşayış məqsədilə Soçi şəhərinə qaçıb:

“Buna səbəb general Manvel Qriqoryanın həbsi və incidilmiş insanların qisas almaq niyyətidir.

Yeri gəlmişkən, qaldırılmış cinayət işinə görə M.Qriqoryanın həyat yoldaşı Nazik Qriqoryan da ittiham olunanlar sırasındadır.

Xatırladaq ki, cəmiyyətdə Qriqoryanlar ailəsi ətrafında formalaşan qisasçılıq hissi son dərəcə kəskin xarakter alıb. Bu ailəyə qarşı adamların qəzəbi soymaq bilmir. Hər an qisas məqsədilə qətl törədilə bilər. Bu mənada Qriqoryanların ailəsindəki uşaqlarla bağlı təhlükə daha böyükdür.”

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*