Saytımıza xoş gəlmisiniz

Qubadlı, Kəlbəcər və Xocavəndin kəndlərindəki məktəblərdə mühəndis laboratoriyaları yaradılacaq

Oxunma sayı: 181

192154

Erməni şagirdlər Meksikada keçiriləcək ümumdünya robot mühəndisliyi müsabiqəsində iştirak edəcək…

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarındakı qeyri-qanuni məskunlaşdırmanı mümkün qədər gücləndirmək və ermənilərin xüsusən dağ kəndlərini tərk etməsinin qarşısını almaq üçün bacardıqları hər vasitəyə əl atırlar.

Moderator.az-ın yaydığı növbəti xəbərdən bəlli olur ki,  sentyabr ayından Xankəndində yaradılmış “Armat” mühəndis laboratoriyaları şirkəti tərəfindən Qubadlının Xanlıq, Kəlbəcərin Bazarkənd və Xocavəndin adı çəkilməyən bir kəndindəki məktəbində şagirdlər üçün mühəndis laboratoriyaları yaradacaq. Nəticədə işğal altındakı torpaqlarımızda olan erməni məktəblərindəki belə laboratoriyaların sayı 13-ə çatacaq.

Bu haqda erməni jurnalistlərə məlumat verən informasiya texnologiyaları sahibkarları ittifaqının icraçı direktoru Karen Vardanyan bildirib ki, burada məqsəd  erməni uşaqları müasir mühəndis texnologiyaları, o cümlədən robot mühəndisliyinin əsaslarıyla tanış etmək və gələcəkdə onları biznes-planlarla  dünya arenasına çıxarmaqdır.  K.Vardanyan bu yaxınlarda Meksikada 160 komandanın iştirakıyla keçiriləcək  robot mühəndisliyi üzrə ümumdünya müsabiqəsinə Qarabağdan 4 şagird göndəriləcəyini də vurğulayıb.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*