Saytımıza xoş gəlmisiniz

Qüdrət Həsənquliyev: “Danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılsın”

Oxunma sayı: 47

a6c874a58e62f86768293599293077d8

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında işğal olunmuş ərazilərimizlə bağlı qanunun qəbul olunması ilə bağlı təklif irəli sürdü.

“Hər gün bizim işğal altındakı ərazilərimizdəki sərvətlərimizi talan edənlərin sayı artır. Erməni terrorçuları o ərazilərdə məktəblər tikirlər, məskunlaşırlar. Biz müvafiq qanun qəbul etməli və sərvətlərimizi talan edən şirkətlərə qarşı tədbirlər görməliyik” – deyə, deputat bildirdi.

Q.Həsənquliyev danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmasını təklif etdi: “Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Ermənistan deyil. Ermənistan olsaydı, biz çoxdan bu məsələni həll edərdik. Bu işğalın arxasında Rusiya dayanır və biz danışıqları Rusiya ilə aparmalıyıq. Biz nə qədər hərbi potensialımızı artırsaq da, işğalın arxasında Rusiya dayanacaqsa, torpaqları azad etməyimiz mümkünsüz olacaq”.

Deputat parlamentdə xüsusi müzakirələrin keçirilməsini və Milli Məclisdə Dağlıq Qarabağla bağlı komitənin yaradılmasını zəruri saydı.

E.PAŞASOY,
Musavat.com

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*