Saytımıza xoş gəlmisiniz

Rəcəb Tayyib Ərdoğan: TANAP Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir

Oxunma sayı: 223

recep_erdogan_100317

Transanadolu boru kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, TANAP, həmçinin çoxtərəfli əməkdaşlığın göstəricisidir.

Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan TANAP layihəsinin reallaşdırılmasını elan edəndə, bir çoxları buna inanmamışdı:

“Türkiyə və Azərbaycan bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi müxtəlif mühüm layihələr həyata keçiriblər. Bütün bunlar çox strateji layihələrdir”.

Prezident deyib ki, TANAP regionun inkişafına kömək edəcək:

“TANAP-ın sayəsində Türkiyə enerji bazarının vacib oyunçularından birinə çevrilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevə belə mühüm layihənin reallaşdırılmasına görə təşəkkürümü bildirirəm”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*