Saytımıza xoş gəlmisiniz

Rəsmi Bakının Rusiyaya etirazı nəticə verdi

Oxunma sayı: 198

23682d798572a85c6169f6145389dcc9

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva: “Məhz Azərbaycan tərəfinin müdaxiləsindən sonra…”; Politoloq Məhəmməd Əsədullazadə: “Rusiya XİN-in açıqlaması absurddur və bu, Bakını qane etməməlidir”

Rəsmi Bakının Rusiyaya ünvanlanmış etirazı öz nəticəsini verib. Belə ki, Rusiya XİN ölkənin Ermənistandakı səfiri Sergey Kopırkinin üzdəniraq “Ermənistan-”artsax” strateji ittifaqı” forumunun təşkilat komitəsinin üzvləri ilə  qalmaqallı görüşü ilə bağlı mövqeyini açıqlayıb.

Xatırladaq ki, iyunun 26-da üzdəniraq “Ermənistan-Qarabağ strateji İttifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri Armen Rustamyan, David Şahnazaryan və Geqam Nazaryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşərək səfirlə Qarabağ məsələsi haqda geniş söhbət aparıb, ona mayın 7-də işğal altındakı Xankəndində keçirilmiş təxribatçı forumun yekun qətnaməsini təqdim etmişdilər.

Bundan sonra Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rusiyanın Ermənistandakı səfirinin  üzdəniraq “Ermənistan-Qarabağ strateji ittifaqı” forumunun təşkilat komitəsinin nümayəndələri ilə görüşləri barədə məlumata aydınlıq gətirilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı və Bakının etirazı ona çatdırılmışdı.

Xatırladaq ki, “Yeni Müsavat” Media Qrupuna aid Minval.az saytı məsələ ilə bağlı izahat üçün Azərbaycan XİN-ə və Rusiyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinə müraciət etmişdi. Daha sonra Azərbaycan xarici siyasət idarəsinin mətbuat katibi Leyla Abdullayeva Minval.az-ın müxbirinə bildirmişdi ki, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi KİV-lərdə gedən həmin informasiyaya aydınlıq gətirilməsi üçün XİN-ə çağırılıb. Rusiyanın Azərbaycandakı səfirliyi sorğuya cavab verməyib. Rusiyanın Ermənistandakı diplomatik nümayəndəliyi isə səfirliyin rəsmi saytına müraciət etməyi məsləhət görüb – hansı saytda ki, qalmaqallı görüş faktı təsdiqlənir. İndi isə Azərbaycan tərəfinin müdaxiləsindən və Rusiya səfirliyi nümayəndəsinin Azərbaycan XİN-ə çağırılmasından sonra Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova iyulun 4-də Moskvadakı ənənəvi brifinqində Kopırkinin keçirdiyi görüşlə bağlı ölkəsinin mövqeyini bəyan edib.

Jurnalistin “Mayın 26-da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkininin üzdəniraq ”Ermənistan-“arsax” strateji ittifaqı” forumunun təşkilat komitəsinin üzvləri ilə görüşünü necə şərh edərdiniz” sualına Mariya Zaxarova belə cavab verib ki, Rusiya diplomatları öz fəaliyyətlərində müvafiq beynəlxalq hüquqi sənədləri rəhbər tuturlar və öz səlahiyyətləri çərçivəsində ilk növbədə işlədikləri ölkələrin rəsmi hakimiyyətləri ilə, həmçinin qeyri-hökumət təşkilatlarının, siyasi partiyalar və cərəyanların nümayəndələri ilə təmas qururlar. “Bu, onların birbaşa vəzifə borcudur”, – deyə xanım Zaxarova qeyd eləmişdi.

Onun sözlərinə görə, bu təmaslar açıq şəkildə olur və onlar haqda ictimaiyyət məlumatlandırılır. “Bu, bütünlüklə RF-nin Ermənistandakı səfirliyinə də aiddir” – Zaxarova bildirmişdi. Xatırladılan görüşə gəlincə, Zaxarova demişdi: “Söhbət səfirin olduğu ölkənin siyasi qüvvələri ilə ünsiyyəti çərçivəsində rutin (bəsit – red.) təmaslarından gedir. Bu, Ermənistanın ən qədim partiyalarından olan Daşnaksütyunun nümayəndələri ilə görüş idi. Mən həmçinin təsdiqləyə bilərəm ki, həmin söhbətin təşəbbüskarı erməni tərəfi olub və söhbətdə məsələlərin geniş spektrinə toxunulub. Dağlıq Qarabağ mövzusu da müzakirə edilib, hərçənd o, əsas məsələ olmayıb”.

Zaxarova ile ilgili görsel sonucu

Daha sonra Zaxarova bunu söyləyib: “Görüşə ”Ermənistan- Qarabağ” strateji forumunun (Rusiya XİN-in rəsmi nümayəndəsi məhz bu ifadəni işlədib – red.) rəhbərlərinin də qatılacağı barədə rusiyalı diplomatlar məlumatlandırılmayıblar”.

Ancaq Zaxarova “Biz qonaqpərvər və nəzakətli adamlarıq”, – deyə ardınca bildirib və əmin edib ki, həmin görüş mediada təqdim edilən siyasi çaları daşımayıb. Zaxarova xüsusi qeyd edib: “Rusiyanın Dağlıq Qarabağ nizamlanmasına dair mövqeyi dəyişməz qalır, bu mövqe Moskvada – dövlətin paytaxtında səslənir və yerlərdə bizim nümayəndələrimiz, o cümlədən diplomatlarımız tərəfindən təsdiqlənir. Bu mövqe həmişə ölçülü-biçili və balanslı olması ilə xarakterizə olunur”.

“Həmin mövqe haqda bizim azərbaycanlı tərəfdaşlarımız da məlumatlandırılıb” – xanım Zaxarova əminliklə deyib. Beləliklə, Zaxarovanın sözlərindən belə qənaət hasil olur ki, daşnaklar, sadəcə, rusiyalı diplomatları aldadıb pis vəziyyətə qoyublar və görüşdə təxribatçı forumun təşkilat komitəsi üzvlərinin peyda olması səfir Kopırkin üçün tam gözlənilməz olub. Lakin bununla belə, “qonaqpərvərlik və nəzakət” göstərərək, onlara qapını nişan verməli olmayıblar. Ancaq belədirsə də, o zaman səfirliyin rəsmi press-relizində nədən söhbət Daşnaksütyun rəhbərləri ilə deyil, məhz bu təşkilat komitəsinin üzvləri ilə görüşdən gedir? Və nə üçün bu rəsmi reliz hələ də səfirliyin rəsmi saytında gözə girir?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya regionda Ermənistanı forpostu olaraq öz geosiyasi məqsədləri üçün istifadə edir: “Baxmayaraq ki, bu ölkədə qərbyönümlü şəxslər hakimiyyətə gəlib, Moskva çalışır ki, bu ölkədəki səfiri vasitəsilə prosesləri nəzarətdə saxlasın. Kreml əsasən burada Qarabağ klanı və Rusiya ilə strateji əlaqələrə üstünlük verən partiyalarla sıx görüşlər keçirir. Əsasən səfir Kopırkin tərəfindən bu kimi görüşlər reallaşır. Qeyd edim ki, səfir Kopırkinin burada fəaliyyəti Azərbaycana qarşı, həmçinin ATƏT-ın Minsk Qrupunun həmsədri kimi Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında fəaliyyətinə ziddir. Məhz səfirin ”Ermənistan-artsax” adlanın strateji forumda Daşnaksütyun Partiyasının üzvləri ilə görüşü birbaşa Azərbaycana qarşı Moskvanın anlaşılmaz siyasətidir. Moskva ikitərəfli qonşuluq əlaqələrinin ziddinə olaraq, Ermənistandakı səfirinin Azərbaycana qarşı bu kimi tədbirlərdə iştirakına yaşıl işıq yandırır”.

Politoloq Məhəmməd Əsədullazadə . ile ilgili görsel sonucu

M.Əsədullazadə hesab edir ki, Azərbaycan Rusiyaya nota verməlidir: “Deməli, Rusiyanın səfiri Ermənistanda işğalçı siyasətə dəstəyini ifadə etməklə yanaşı, təlimatlar da verir. Rusiya XİN-in açıqlaması absurddur və bu, Bakını qane etməməlidir. Zaxarova anti-Azərbaycan şəbəkəsinin üzvüdür və nazirlik səviyyəsində Kopırkin Ermənistanda təxribat xarakterli tədbirlərə qatılır. Ümumiyyətlə, Ermənistanda Azərbaycan əleyhinə birinci dəfə deyil tədbirlər keçirilir və Rusiyanın deputatları, həmçinin digər rəsmi şəxsləri iştirak edir. Bunu Moskvanın vaxtaşırı Azərbaycana qarşı təzyiqləri kimi qiymətləndirmək olar. Qeyd edim ki, Rusiya XİN-də kök salmış erməni lobbisinin fəaliyyəti Azərbaycan, Rusiya əlaqələrinə kölgə salmaq və münasibətləri korlamaqdır. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və münaqişənin həllində vasitəçidir. Amma biz tam fərqli siyasətlə üzbəüz oluruq. Ona görə də hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında yeni format yaradılmalı, vasitəçilər münaqişənin həllinə kölgə salan təşəbbüslərinə çəkinmək üçün öhdəliklər götürməlidir. Belə bir səpkidə aparılan danışıqlarda Rusiya və digər vasitəçi ölkələr işğalçıya dolayı dəstək verəcəklər”.

M.Zaxarovanın mövqeyinin rəsmi Bakı tərəfindən necə qarşılandığını öyrənmək üçün Azərbaycan XİN-ə müraciət etdik.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Azərbaycan xarici siyasət idarəsinin mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, bu barədə ilkin məlumat yayılandan sonra Rusiya səfirliyinin nümayəndəsi nazirliyə çağırıldı və aydınlıq gətirilməsi barədə məsələ qaldırıldı: “Məhz Azərbaycan tərəfinin müdaxiləsindən sonra Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri  Mariya Zaxarova bu məsələyə aydınlıq gətirdi. Ona verilən suala cavab olaraq bu mövqeyi səsləndirdi”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*