Saytımıza xoş gəlmisiniz

Robert Köçəryanla Serj Sarkisyanın yolları daralır

Oxunma sayı: 141

36988130_2112684039005292_1958003902947262464_n

Karabakh.tv xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan son müsahibəsində 1 mart hadisələrilə bağlı səsləndirdiyi təzadlı fikirlərilə yadda qalıb. O bir tərəfdən 0038 nömrəli əmrin sabiq müdafiə naziri Mikael Arutunyan tərəfindən müstəqil şəkildə imzaladığını deyib, digər tərəfdən isə bu əmrin imzalanması üçün prezidentlə razılaşdırılmaya ehtiyac olmadığını xüsusi vurğu ilə diqqətə çatdırıb.

Daha sonra sabiq prezident konstitusuyanı əsas gətirərək həmin dövrdə müdafiə və təhlükəsizlik məsələlərinin icra orqanlarının səlahiyyəti daxilində olduğunu bəyan edib. Məsələ burasındadır ki, 2005-ci ildə konstitusiyaya edilən dəyişiklərdən sonra icra orqanı funksiyasını ölkənin baş naziri yerinə yetirib. Bu mənada həmin dövrdə bu vəzifəyə Serj Sarkisyanın təyin olunması məsuliyyətin yuxarıdan aşağıya ötürülməsi kimi dəyərləndirilir. Vəziyyətin kritikliyini şərtləndirən digər məqam isə M.Arutunyanın ona qarşı ittiham irəli sürülməmişdən xeyli əvvəl Ermənistanı tərk etməsidir.

Yerli KİV-lərin məlumatına görə, sabiq müdafiə naziri ali baş komandanı məlumatlandırmadan belə bir qərar qəbul edə bilməzdi. Yəni kimlərinsə məsuliyyətdən boyun qaçırması o qədər də asan olmayacaq. Artıq  vəziyyət o qədər kəskin şəkil alıb ki, bu məsələdə həmçinin Seyran Ohanyanın və sabiq polis rəisi Ayka Arutunyanın da ciddi cəzalandırılacağı qaçılmaz olacaq.

İbrahim RÜSTƏMLİ / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*