Saytımıza xoş gəlmisiniz

Robert Koçaryan: “İstintaq qrupu 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı işin üstünü açmağa çalışmır”

Oxunma sayı: 128

b433892b82f68cf7f7b129486dcaf0c6

“İstintaq qrupu 2008-ci il martın 1-də Ermənistanda baş verən hadisələrlə bağlı işin üstünü açmağa çalışmır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

Xatırladaq ki, keçmiş prezidentin adı bu işdə təqsirli kimi hallanır.

Sabiq prezidentin sözlərinə görə, o, əvvəlcə Xüsusi İstintaq Xidmətinə şahid qismində dəvət olunub, ancaq gəldikdən dərhal sonra ona ittiham irəli sürülüb.

“Dərhal həbs vəsatəti ilə məhkəməyə müraciət etmək qərarı verildi. Məndə elə təəssürat yarandı və sonra bu fikrimi qətiləşdirdim ki, istintaq qrupu qarşısına işin üstünü açmağı məqsəd qoymayıb, sadəcə, artıq “təyin edilmiş” günahkar var və onlar həmin şəxsin günahını sübut etmək üçün hər şeyi etməlidirlər”, – Robert Koçaryan bildirib.

O həmçinin qeyd edib ki, hazırda eyni vəzifəli şəxslərin vəzifədə qalması onu təəccübləndirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*