Saytımıza xoş gəlmisiniz

Rövşən Rzayev: Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT TŞ-nin qətnamələri icra olunmalıdır

Oxunma sayı: 111

trend_rovshen_rzayev__200618_01

Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

R.Rzayev bildirib ki, qaçqın və məcburi köçkünlərin təhsil və məşğulluğu Azərbaycan hökumətinin fəaliyyətində əsas istiqamətlərdən biridir. O qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər bundan sonra da davam etdiriləcək.

Komitə sədri vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlara son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır:

“İnanıram ki, biz haqq səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin öz torpaqlarına qayıdış ümidini artırıb”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*