Saytımıza xoş gəlmisiniz

Rus turist Şuşada erməni pivəsini təriflədi və… – Özünü qayadan atdı… – Video

Oxunma sayı: 514

İşğalçı və separatçı ermənilərin işğal altındakı Xankəndindəki “ArtsakhTV” telekanalı Azərbaycanın dövlət sərhədini pozmuş bir rus turistin Cıdır düzündəki qayalıqdan paraşütlə atılmasının görüntülərini yayımlayıb.

“KarabakhTV” həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edir.

Rusiyalı turistin sözlərinə görə, o, 1998-ci ildən müxtəlif ölkələrdə cürbəcür tipli yüksəkliklərdən paraşütlə atlanıb. Turist deyir ki, Cıdır düzündəki qayalıqlardan tullanmaq o dərəcədə ekstremal olmasa da, yerə çatmaq üçün cəmi 4 saniyə vaxt qaldığından bir az çətinlik var.

Beləliklə, Şuşa qayalığından atlanan rus turist birbaşa yerə yox, ağacların üzərinə düşür.

Sözarası rusiyalı sərhəd pozucusu Qarabağı zəbt etmiş ermənilərin pivəsini də tərifləyir…

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*