Saytımıza xoş gəlmisiniz

Rusiya-Ermənistan qarşıdurması böyüyür

Oxunma sayı: 883

38163001_2136201516653544_8441207631250456576_n

Karabakh.tv xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanın hüquq-mühafizə orqanlarının Robert Köçəryanla bağlı münasibətinə toxunaraq, bunun “məxməri inqilab” müəlliflərinin əvvəlki bəyanatlarına zidd olduğunu bildirib:

“Bu bəyanatlarda onlar bir qayda olaraq siyasi rəqiblərin təqibinə yol verməyəcəklərini vurğulayırdılar. Lakin bu gün Ermənistanda baş verən hadisələr bunu əksini göstərir. Moskva həm bir tərəfdaş, həm də MDB strukturu nümayəndəsi kimi Ermənistanda sabit siyasi vəziyyətin hökm sürməsində maraqlıdır. Ermənistanın yeni hakimiyyəti isə təhlükəli yolla gedir.”

Lavrovun bu bəyanatını Ermənistanın baş naziri Nikol Paşinyan kəskin reaksiya ilə qarşılayıb. Və Respublika Meydanında 17 avqust tarixində fəaliyyətinin ilk yüz günü ilə əlaqədar mitinq keçirəcəyini bəyan edib. Xüsusi vurğulayıb ki, bu, çox maraqlı “görüş” olacaq.

Yerli KİV-lər Paşinyanın mitinq qərarını Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bəyanatına sərt cavab kimi dəyərləndirib.

Bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin davamlı şəkildə kəskinləşməsini göstərir. Paşinyan Rusiyanın siyasi tələblərinə qarşı guya əhalini ayağa qaldırmaqla özünü sığortalamağa, məsuliyyəti, bir növ, nümayəndəsi olduğu xalqla bölüşməyə çalışır. Hadisələrin dinamikası qarşıdurmanın daha ciddi, daha kəskin formatda davam edəcəyini göstərir və Ermənistan üçün yaxşı heç nə vəd etmir.

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*