Saytımıza xoş gəlmisiniz

Rusiya Ermənistana silah tədarükünü davam etdirəcək

Oxunma sayı: 238

456456_1526297022_1536557462

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan rus silahlarının təyin olunmuş qaydada Ermənistan tərəfinə davamlı tədarükü barədə razılıq əldə ediblər. 

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib.

Rusiyalı jurnalistin “sentyabrın 8-də Moskvada baş tutan görüş zamanı hansı razılıqlar əldə edilib?” deyə verdiyi suala erməni baş nazir bu şəkildə cavab verib: “Biz rus silahlarının təyin olunmuş qaydada Ermənistan tərəfinə davamlı tədarükü barədə razılıq əldə etmişik.

Paşinyanın sözlərinə görə, söhbət kreditlə satılan silahlardan gedir və bu istiqamətdə problemlər yaranmayacaq.

“Digər imkanları da müzakirə edəcəyik, bu çox əhəmiyyətli əməkdaşlıqdır. Mən hesab edirəm ki, aramızda bu sahədə hər hansı bir problem yaranmayacaq”, – deyə o bildirib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*