Saytımıza xoş gəlmisiniz

“Rusiya Qarabağa görə Ermənistanın tərəfində döyüşməyəcək” – Aleksandr Perenciyev (ÖZƏL)

Oxunma sayı: 139

456456_1520856010

Ordu.az Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kefrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyevlə müsahibəni təqdim edir.

– Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığıın səviyyəsini necə qiymətləndirirsiniz?

– Hərbi-texniki sahədə ölkələrimiz aasında əməkdaşlığıq yetərincə uğurla inkişaf edir. O qədər də uzaq olmayan keçmişdə – cari ilin yanvar ayında Rusiya Azərbaycanı zirehli texnika və döyüş sursatlarının növbəti partiyası ilə təchiz edib. Bu, iki ölkə arasındakı münasibətlərdə müsbət addımdır və bu əməkdaşlığı bundan sonra da davam etdirmək lazımdır. Azərbaycan Rusiyanın ödəniş qabiliyyətinə malik müttəfiqlərindədir, Azərbaycan Rusiyanın qonşusudur – bu anlayışlardan çıxış etsək, sizin ölkəniz bizə çox maraqlıdır. Belə ki, Moskva KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində Azərbaycana simpatiyası olan Qazaxıstan və Qırğızıstan kimi türkdilli ölkələrlə əməkdaşlıq edir.

Aydın məsələdir ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq Türkiyən ilə əməkdaşlığı da möhkəmləndirir. Rusiya Türkiyəni öz müttəfiqi kimi görmək istəyir, Azərbaycan isə bu məsələdə Rusiyanı hansısa mənada dəstəkləyə bilər. Bu da Rusiya üçün çox vacibdir.

– Bu yaxınlarda ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun 2018-ci ildə Qarabağda müharibə başlana biləcəyi və Rusiyanın bu müharibədə Ermənistanı müdafiə edəcəyi ilə bağlı hesabatı çap edilib. Bu barədə nə düşünürsünüz?

– Hesab edirəm ki, bu, provokasiya xarakteri hesabatdır. Bu və ya digər mənada düzgün nəticələrin çıxarılmadığı hesabatdır. Rusiya Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcək. Baş verən biləcək yeganə hadisə Rusiyanın mənəvi dəstəyinin təşkilidir. Bu məqam isə bizdə var. Bəzən mən bununla qarşılaşıram. Artıq məsələnin ictimai formada təqdim edilməsindən daha qəliz olması barədə anlayış yaranır. Sizə düzünü desəm, Qarabağ problemi Rusiya gəncləri arasında az məşhurdur.

Demək istərdim ki, Rusiya Ermənistanı yalnız onun sərhədləri, keçmiş Ermənistan SSRİ hüdudlarında qoruyacaq. Dağlıq Qarabağa gəlincə isə, Rusiya Qərb analitiklərinin fikirlərinə baxmayaraq, heç vaxt, heç bir şəraitdə Dağlıq Qarabağa görə Ermənistanın tərəfində döyüşməyəcək. Rusiya yalnız Qarabağ probleminin sülh yolu, danışıqlar yolu vasitəsilə həlli mövqeyindən çıxış edir. Rusiya Qarabağda müharibəyə qarşıdır və bu səbəbdən hər üsulla sakitlik mövqeyindən çıxış edir. Dağlıq Qarabağ heç bir beynəlxalq müqavilədə Ermənistan ərazisi kimi göstərilməyib. Qağlıq Qarabağ de-yure Azərbaycan ərazisidir. Rusiya bu fakta istinad edir və Qarabağ münaqişəsində Ermənistan tərəfində çıxış etməyəcək. Həmçinin döyüşlər Azərbaycanın öz ərazilərində gedir.

– Hər şeyi nəzərə alsaq, KTMT Birləşmiş Qərargahının sədri, general-polkovnik Anatoli Sidorov KTMT-nin Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyinə dair bəyanat verəndə, məhz bunu nəzərdə tuturdu…

– Bəli, bu, belədir. Söhbət Azərbaycanın öz ərazisindən gedir. Axı silahlı qarşıdurmalar Azərbaycan ərazisində baş verir. Düşünürəm ki, əgər Azərbaycan 7 işğal olunmuş rayonu geri qaytarmağa çalışsa, Rusiyada deyəcəklər ki, bu, onun haqqıdır, bu, Azərbaycanın öz əraziləridir. 7 rayon həqiqətən işğal edilibsə, kim Ermənistanın müdafiəsindən çıxış edəcək? Heç kəs. Hətta Rusiyada da normal diplomatlar başa düşürlər ki, Azərbaycan torpaqları həqiqətən işğal edilib.

– Rusiya və ABŞ-ın münasibətləri tədricən “Soyuq müharibə”dən isti fazaya keçir. Sizcə, Cənubi Qafqaz regionu, xüsusən Dağlıq Qatabağda provokasiyalar mümkündürmü?

– Əlbəttə ki, provokasiyalar istisna deyil. Bilirik ki, Qaynar nöqtələrin olduğu hər yerdə hər hansı üçüncü tərəf rəqibin paltarını geyinə və münaqişə zonasında eskalyasiyanı provokasiya etmək üçün münaqişə edən tərəflərin mövqelərini atəşə tuta bilər. Burada problemin təmas xəttində, yəni Azərbaycan-Ermənistan sərhəddində rəsmi müşahidəçilərin olmamasından bəhs edirəm. Mən demirəm ki, onlar silahlı olsunlar, məsələn, ATƏT bu missiyanı öz üzərinə götürə bilər. Hərçənd təəssüf ki, təcrübə ATƏT-in çox effektiv faktor olmadığını göstərir, lakin hələlik başqa mexanizm yoxdur. Münaqişə zonasında heç olmasa bu və ya digər silahlı qarşıdurmaları qeydə almaq üçün ümumi qəbul olunmuş mexanizm yoxdur. Yeri gəlmişdən, Azərbaycana üzərində düşünmək üçün bir təklif edə bilərəm: “KTMT + Azərbaycan” formulunda KTMT ilə əməkdaşlıq etmək.

Hansı planda? KTMT-nin üzv ölkələri olan Belarus, Qazaxıstan, Qırğızıstan böyük ölçüdə Azərbaycana rəğbət bərləyirlər. Yəni KTMT-də hər şeyi yalnız Rusiya həll etmir. Bu ittifaq bərabərhüquqlu dövlətlərin birliyidir. Məsələn, Azərbaycan Belarus, Qazaxıstan, Qırğızıstandan olan müstəqil müşahidəçilərin Azərbaycan və Ermənistan təmas xəttinə yerləşdirilməsini yoluna qoya bilər.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*