Saytımıza xoş gəlmisiniz

Rusiya XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır”

Oxunma sayı: 168

924dc4e63b0f266af5052bdcef3c9899

“Sədrin belə mövqeyinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx əlaqədə işləyirlər. Onlar Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib.

Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var.

“Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir”, – Rusiya XİN başçısı qeyd edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*