Saytımıza xoş gəlmisiniz

Rusiya XİN-dən Ermənistandakı vətəndaşlarına Xəbərdarlıq

Oxunma sayı: 147

18_01_20_1516463925-1523885536

Rusiya Xarici İşlər Nazirliyi hazırda Ermənistan paytaxtında olan Rusiya vətəndaşlarına İrəvanda kütləvi şəkildə toplaşdığı ərazilərdən kənar olmağı məsləhət görüb. 

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarında çoxlu sayda nümayişçi yaralanıb.

Aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Erməni KİV-ləri yaralanan gənclərdən birinin görüntülərini yayıb. Jurnalistlərin bildirdiyinə görə, həmin şəxs eşitmə qabiliyyətini və huşunu itirib. Bundan əlavə gözyaşardıcı qaz bir çox sakinin səhhətinin pisləşməsinə səbəb olub.

Eldar Tanrıverdiyev
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*