Saytımıza xoş gəlmisiniz

Rusiyalı analitik: “Qarabağdakı mövcud vəziyyətdən çıxış yolu müharibədir!”

Oxunma sayı: 59

received_2084081318471830_1531245417

“Birincisi, Ermənistanda hakimiyyətə gələn yeni Paşinyan rejiminin Dağlıq Qarabağ münaqişəsi məsələsindəki mövqeyi, “Ermənistan, Diaspor, Artsax” formulasını tətbiq edən əvvəlki Sarkisyan rejimindən heç nə ilə fərqlənmir”.

Bunu Ordu.az-a tanınmış rusiyalı politoloq Oleq Kuznetsov Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun – Aşotun “qulluq üçün işğal olunan Azərbaycan torpaqlarına göndərilməsi” ilə bağlı Ermənistan mediasının məlumatlarını şərh edərkən bildirib.

“İkincisi, bu addımla Ermənistan, “Qarabağın müdafiə ordusu” deyilən birləşmənin ölkənin silahlı qüvvələrinin bir hissəsi olduğunu etiraf edir və buna görə də keçmiş DQMV-in ərazi idarəetməsi separatçı rejim tərəfindən deyil, işğalçı Ermənistan hakimiyyəti tərəfindən idarə edilir, buna görə də Azərbaycan mətbuatında müvafiq düzəlişlər edilməlidir.

Nəhayət, üçüncüsü, Ermənistandakı siyasi rejim dəyişikliyinin Dağlıq Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə nizama salınmasına zəmanət verəcəyinə dair illüziyaları yıqışdırmaq lazımdır. Paşinyan danışıqlar prosesini 1995-ci ildə olan vəziyyətə qaytarıb. Vəziyyətdən yalnız bir çıxış yolu var – müharibənin bərpası”, – deyə O. Kuznetsov bildirib.

Bəhram Batıyev
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*