Saytımıza xoş gəlmisiniz

Rusiyalı ekspert: “Aprel və ya mayda xarici işlər nazirləri görüşə bilər”

Oxunma sayı: 123

324234_1523960139

“Aprelin sonu və ya mayın əvvəlində hər iki ölkənin xarici işlər nazirləri görüşə bilər”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz üzrə rusiyalı ekspert Stanislav Tarasov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi üzrə danışıqlar 1.5-2 aylıq hazırlıqdan sonra başlaya bilər.

“Ola bilər ki, aprelin sonu və ya mayın əvvəlində hər iki ölkənin xarici işlər nazirləri görüşərək, yüksək səviyyəli görüşlərin formatı və gündəliyini müzakirə etsinlər”, – deyə rusiyalı ekspert deyib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*