Saytımıza xoş gəlmisiniz

Rusiyalı ekspert: Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir

Oxunma sayı: 330

evgeniy_mihaylov_050417

Ermənistanda parlament seçkilərində aşağı iştirak faizi xalqın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın vədlərinə inamsızlığını göstərir.

Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində rusiyalı teleaparıcı və analitik Yevgeni Mixaylov Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

Onun sözlərinə görə, N.Paşinyan ilk növbədə Rusiya ilə dialoq qurmalıdır:

“Bu, yeganə çıxış yoludur. Digər ölkələrə Yerevan lazım deyil və yeni hakimiyyət əbəs yerə qərb ölkələrinə və onların köməyinə ümid bəsləyir. Moskva müdaxilə etməsə, ölkəni hissə-hissə satacaqlar, əhali isə oranı tərk edəcək”.

Y.Mixaylov əlavə edib ki, Ermənistan üçün böhrandan çıxmağln daha bir yolu Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmaq və köməklə əlaqədar Bakı ilə danışıqlara başlamaqdır, amma görünür ki, buna bu hakimiyyət qərar verməcəyək:

“Fikrimcə, Paşinyanla münasibət qurmaq çətindir. Qərbyönümlü düşüncəyə malik olmaqla, tam əksinə, münaqişə yaratmağa və bura müəyyən beynəlxalq qüvvələri və ilk növbədə ABŞ-ı çəkməyə çalışacaq. Hesab etmək olar ki, Rusiya buna kəskin müqavimət göstərəcək və Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarətini bərpa etməsi üçün Yerevana təzyiqləri gücləndirəcək”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*