Saytımıza xoş gəlmisiniz

Rusiyalı ekspert: “Razılaşma olmadığı müddətcə müharibə təhlükəsi yüksək olacaq”

Oxunma sayı: 50

tarasov_1534158488

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar prosesində Ermənistan və Azərbaycanın müxtəlif gündəmləri təhlükəlidir. Həmsədrlər danışıqlar prosesində ortaq bir gündəm yaratmalıdırlar”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspert Stanislav Tarasov bildirib.

Onun sözlərinə görə, razılaşma olmayacağı təqdirdə müharibə təhlükəsinin artması qaçınılmaz olacaq.

“Tərəflərin razılığına əsasən danışıqlar dəyişə bilər. Razılaşma olmadığı müddətcə müharibə təhlükəsi yüksək olacaq”, – deyə o qeyd edib.

Rusiyalı ekspert Paşinyanın Qarabağla bağlı çıxışlarından sonra münaqişə zonasında vəziyyətin gərginləşdiyini vurğulayıb: “Düşünürəm ki, qarşıdan gələn nazirlərin görüşündə Ermənistan tərəfi məsələni müzakirə etmək üçün təkid edə bilər. Əks təqdirdə, tərəflər arasında hətta razılaşmanın olduğu bəzi məsələlər də daxil olmaqla danışıqlar gündəliyi yoxdur. Təbii ki, bu vasitəçilıər üçün xüsusilə tərəflər üçün narahatedici faktdır. Gələcəkdə danışıqlarda uğur qazanmaq üçün tərəflər arasında gündəliyin formalaşdırılmasını bacarmaq lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*