Saytımıza xoş gəlmisiniz

Rusiyalı hərbi ekspert: “Azərbaycanın KTMT-yə üzvlüyü barədə Rusiyanın mövqeyini ifadə etmək çətindir”

Oxunma sayı: 144

ciso-drills-prep-arm-480x30023454_1522146432_1534249966_1534492450

“Rusiya mümkün qədər daha çox postsovet ölkəsinin iştirakını istəyir. Məsələ barədə Rusiyanın mövqeyinin nədən ibarət olacağını demək çətindir”.

Ordu.az xəbər verir ki, bunu “Nezavisimoe voennoe obozrenie” jurnalının müxbiri, hərbi ekspert Aleksandr Xramçixin bildirib.


Onun sözlərinə görə, Azərbaycanın KTMT-yə üzvlük məsələsinə dair səsləndirlən fikirlərə dair yalnız Rusiyanın şərhini gözləmək lazımdır.

“Səsləndirilən fikirlər Rusiyanın bəyanatı deyil. Buna görə də, əlbəttə ki, Rusiya tərəfinin şərhini gözləmək lazımdır. Bununla yanaşı qeyd edim ki, münaqişənin həlli ilə bağlı NATO-da heç kim vasitəçilik səylərinə öz töhfəsini verməyib”, – deyə hərbi ekspert qeyd edib.

Jurnalistin “Azərbaycanın KTMT-yə üzv olmasını Rusiya Federasiyası arzulayırmı?” sualına Xramçixin bu şəkildə cavab verib: “Çətin sualdır, ona görə ki, bir tərəfdən “Sovet İttifaqı”na bənzərlik olsun deyə, Rusiya mümkün qədər daha çox postsovet ölkəsinin iştirakını istəyir. Lakin digər tərəfdən məlumdur ki, bu özü ilə bərabər problemlər gətirəcək. Belə ki, məsələ barədə Rusiyanın mövqeyinin nədən ibarət olacağını demək çətindir”.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*