Saytımıza xoş gəlmisiniz

Rusiyalı hərbi ekspert: “Qarabağda baş verən hadisələr daha təhlükəli idi”

Oxunma sayı: 78

120832345345_1515216731_1522495979_1526976878_1528477392

“Ermənistanın geosiyasi vektorunu Qərbə doğru dəyişdiyi və Qarabağ münaqişəsinin həllində bəzi yanaşmaların dəyişdiyinə dair bir çox ekspert qiymətləndirmələri olan məqamda görüş, erməni inqilabından sonra, Ermənistanın yeni hakimiyyətinin olduğu dövrdə və Mnatsakanyanın Lavrovla ilk görüşü olması baxımından çox əhəmiyyətli idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib.

Onun sözlərinə görə, mövcud məsələlər müzakirə olunduğu üçün heç bir qeyri-adi halı qeyd etmək mümkün deyil.

“Hesab edirəm ki, danışıqlar bu məsələlərə yönəldilib. Mətbuat konfransında nazir Mnatsakanyan Rusiya tərəfinə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın erməni-rus münasibətlərində mövcud olan problemlərə münasibətlərini təqdim etdiyi aydın olur. Yəni, bu görüşdə Ermənistanın yeni hakimiyyət orqanlarının yanaşmaları öz əksini tapıb. Paşinyan bildirib ki, Azərbaycana silah satışında olduğu kimi, Rusiyada erməni vətəndaşlarının hüquqlarının qorunması da erməni tərəfinin problemidir və bu məsələ ətrafında Rusiya tərəfi ilə müzakirələr aparılmalıdır.Verilən açıqlamalardan məlum olur ki, bu mövzu görüşdə müzakirə olunub”, – deyə Yevseyev qeyd edib.

Hərbi ekspert bildirir ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü, o cümlədən Qarabağdakı vəziyyətlə bağlı səsləndirilən fikirlər daha maraqlıdır.

“Burada uzaqdan idarəetmə yolu ilə münaqişənin real həll perspektivləri barədə müzakirələr aparılır. Qarabağda əvvəlki günlərdə baş verən hadisələr isə daha təhlükəli idi” – deyə o narahatçılığını gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*