Saytımıza xoş gəlmisiniz

Rusiyalı politoloq: Rusiya Azərbaycanı etibarlı müttəfiq kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil

Oxunma sayı: 111

evgeniy_mihaylov_050417

Ermənistan həmin yolla getmir və Rusiyada bu ölkədə baş verənləri daha aydın görməyə başlayırlar.

Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika yuqa Rossii” nəşrinin baş redaktoru Yevgeni Mixaylov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, N.Paşinyan çətin ki, indiki tezislərə əməl etsin, çünki bu tezislər ona Ermənistan xalqının xoşuna gəlməsi üçün lazımdır:

“Əgər Rusiyanın dostu Serj Sarkisyan Ermənistan xalqının yaxşı yaşaya bilməsi üçün heç nə edə bilmədisə, Ermənistanın Rusiya ilə ittifaqının pozulmasına cəhd edən qüvvələrin hakimiyyətə gətirdiyi N.Paşinyan da xalqı xoşbəxt etməyəcək. Kökəyə qonaq etdilər, yaxşı gələcək vəd etdilər, vəssəlam”.

Y.Mixaylov qeyd edib ki, Ermənistanda baş verənləri Rusiyada getdikcə daha aydın görürlər və Ermənistan bir əldə bir neçə qarpız tutmaqla əvvəlki yolu getmir:

“Möcüzələr olmur: ya siz bizimləsiniz, ya da bizə qarşısınız. İndiki vəziyyətdə Rusiyadan başqa Ermənistanı dəstəkləyən olmayacaq. Bu, tarixən belə olub. Bəlkə də tarixi tərəfdaşlığı təkrar nəzərdən keçirmək vaxtı çatıb”.

Onun sözlərinə görə, Rusiya bundan nəticələr çıxarmalıdır və digər siyasi qərarlar, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsinə xidmət edən qərarlar verməlidir:

“Bir siyasətçi kimi, Paşinyan onu hakimiyyətə gətirənlərin tərəfində olacaq. O gah deyir ki, Qarabağı saxlayacaq, ordunu gücləndirəcək, separatçı regionları dəstəkləyəcək, gah da bildirir ki, dinc yolla nizamlanmanın tərəfdarıdır”.

Politoloq vurğulayıb ki, son iki əsr müddətində Rusiya Azərbaycanı etibarlı müttəfiq və tərəfdaş kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil.

Y.Mixaylov qeyd edib ki, siyasətdə hər zaman yeni ittifaqlar yaratmaq olar, hazırda Rusiya ilə Türkiyənin mümkün hərbi-siyasi ittifaqı barədə müzakirələr gedir:

“Əvvəl bunu heç kim fikrinə də gətirmirdi. Tarix göstərir ki, Rusiya hər zaman türk xalqları ilə yaxın olub. Qərb həmişə bizi Osmanlı imperiyası ilə küsdürməyə çalışıb. Hərbi-siyasi ittifaqları nəzərdən keçirmək vaxtı çatıb”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*