Saytımıza xoş gəlmisiniz

Rusiyalılar Paşinyanı məsxərəyə qoydular

Oxunma sayı: 412

37342751_2120371501569879_8040563267879305216_n

Rusiyalı telefon dələduzları Vladimir Kuznetsovla (Vovan) Aleksey Stolyarov (Leksus) özlərini Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim edərək Avropa missiyasının rəhbəri Jan-Klod Yunkerə zəng vurmuş, onunla  beynəlxalq vəziyyəti müzakirə etmiş, o cümlədən Yunkeri İrəvana kabab qonaqlığına dəvət etmişlər.

Bundan əlavə, onlar Avropa diplomatiyasının rəhbəri Federik Mogerini ilə də rabitə əlaqəsinə girmişlər. Danışıqların mövzusuna uyğun olaraq müəyyənləşdirilmişdir ki, bu rabitə əlaqəsi Paşinyanın baş nazir vəzifəsinə təyin olunmasından dərhal sonra baş vermişdir.

Karabakh.tv xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Yunkerlə söhbət zamanı rusiyalılar ABŞ tərəfindən təzyiq olduğunu bildirmiş, bundan narahatlıq hissi keçirdiklərini ifadə etmişlər. Yunker isə cavabında demişdir ki, biz bir daha və bir daha cənab Trampa dünyanın düzənini başa salmalıyıq:

“O nə baş verdiyini anlamır. Biz onun Ermənistandakı hadisələrdən xəbərdar olduğuna inanmalıyıq. Yaxşı. Hər şey qaydasındadır. Uğurlar arzulayıram.”

Prankerlər (telefon dələduzları – İ.R.) həmçinin Avropa komissiyasının rəhbərini “kabab bişirilən yerə” – İrəvana qonaq çağırmış, ona kabab bişirməyi və İrəvanda özünəməxsus mitinq keçirməyi təklif etmişlər.

“Bu o qədər də pis səslənmir. İndi vaxtım yoxdur. Gələn il İrəvana gələrəm.”,- deyə Yunker cavab vermişdir.

Öz növbəsində Mogerini prankerlərlə söhbət zamanı bildirib ki, bütün tərəf müqabillərilə yaxşı münasibət saxlamağınız zəruridir:

“Ukrayna ssenarisinin baş verməməsi üçün tərəflər arasında seçim etmək lazım deyil. Amma Ermənistanın seçim hüququ var.”

Xatırladaq ki, adı çəkilən prankerlər Vovan və Leksus vaxtilə özlərini Nikol Paşinyan kimi qələmə verərək Avropa İttifaqının baş katibinə zəng vurmuşlar. Baş katib isə öz növbəsində  onu təbrik etmiş, seçki məcəlləsinin dəyişikliyinin zəruriliyini diqqətə çatdırmışdır.

Bundan əvvəl isə onlar Paşinyanın adından Böyük Britaniyanın xarici işlər naziri Boris Consona da zəng vurublar.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*