Saytımıza xoş gəlmisiniz

Ruslar və avropalılar Azərbaycanda erməni çaxırı içdi… – FOTOLAR

Oxunma sayı: 80

196047

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı erməni rejimi Xocavənd rayonunun Tuğ kəndində növbəti – 5-ci şərab festivalı keçirib.

Moderator.az yazır ki, erməni nəşrlərinin verdiyi xəbərə görə, tədbirə xarici ölkələrdən də qonaqlar gəlib. Onlar daha çox Rusiya və Avropa ölkələrindəndir.

Məsələn, Rusiyadan gəlmiş Yekaterina Mixalylovna deyir ki, Qarabağda  şərab festivalının keçiriləcyini eşidən kimi buraya yola düşüb.

Larisa Pavlovna isə artıq 4-cü dəfədir ki, Azərbaycanın dövlət sərhədini pozur. Amma belə festivalda ilk dəfədir ki iştirak edir.

Macarıstandan gəlmiş David Derçinin  birinci dəfədir ki, Qarabağda olur və Tuğdakı şərab festivalına qatılır.

Qanunsuz qonaqların hər üçü həm ermənilərdən, həm də onların Azərbaycan torpağının yetirdiyi üzüm və digər meyvələrdən istehsal etdikləri çaxırın dadından razı qalıb. Əcnəbi sərhəd pozucuları gələn il də  Qarabağda 6-cı  şərab festivalında iştirak edəcəklərinə ümid edirlər…

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*