Saytımıza xoş gəlmisiniz

Səfir: Ərazi bütövlüyünü hərbi yolla bərpa etmək Azərbaycanın tam suveren hüququdur

Oxunma sayı: 31

reshad_aslanov_110718

Argentina və ümumilikdə regionun aparıcı və ən çox oxucu kütləsinə malik KİV-dən olan “Clarin” qəzetində dərc olunmuş, qəzetin erməni əsilli jurnalisti Magda Tagtachianın müəllifi olduğu “Artsax və Azərbaycan, müharibə davam edəcəkmi?” başlıqlı yazısına Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun “Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir” adlı cavab məktubu dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir “Clarin” redaksiyasına ünvanlanmış cavab məktubunda Dağlıq Qarabağın tarixən Azərbaycana məxsus olması, ermənilərin müxtəlif dövrlərdə oraya köçürülməsi, Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması, Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif vaxtlarda kütləvi deportasiyası, Ermənistanın ölkəmizə qarşı tarixən mövcud olmuş və Sovet İttifaqının son illərində yenidən canlanmış ərazi iddiaları, ölkəmizə qarşı hərbi təcavüzü, o cümlədən torpaqlarımızın 20%-nin işğal edilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, bu sənədlərin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeydsiz-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi haqda ətraflı məlumat verilib.

Məqalədə Azərbaycan ərazisində Ermənistan işğalçı qüvvələrinin mövcudluğu və bu səbəbdən rəsmi Bakının öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyinin onun tam suveren hüququ olduğu, bununla belə Azərbaycanın hələ də münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəmədiyi qeyd olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*