Saytımıza xoş gəlmisiniz

Səfir: Əsas vəzifələrimizdən biri Dağlıq Qarabağ münaqişəsi tərəflərini kompromissə gətirməkdir

Oxunma sayı: 87

78768786_1519381592

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta qeyd edib: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk qrupunun işinə fokuslanmağa davam edəcəyik”.

ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın fəallığından danışan diplomat bildirib ki, bir müddət əvvəl həmsədrlər, o cümlədən Minsk qrupunun amerikalı həmsədri regiona səfər etdi və Azərbaycanda rəsmi şəxslərlə, həmçinin Masazırda yaşayan məcburi köçkünlərlə görüşlər keçirdi.

Səfir əlavə edib ki, bütün bu görüşlərin məqsədi mürəkkəb vəziyyətdən çıxış yollarını axtarmaqdır: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir. Bizim əsas vəzifələrimizdən biri münaqişə tərəflərini kompromissə gətirməkdir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*