Saytımıza xoş gəlmisiniz

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

Oxunma sayı: 72

1-7-1542087824

Şəhid hərbi qulluqçuların vərəsələrinin ilk partiyasına birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Azvision.az-a bildirib ki, sənədləri qaydasında olan 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinin bank hesabına bu gün vəsaitlər ödənilib.

“Gün ərzində və ya günün sonunda artıq onlar vəsaitləri bank hesablarından alacaqlar. Növbəti partiyanın da artıq sənədlərinin araşdırılmasına başlanılıb və ilin sonuna qədər onların ödəmələri aparılacaq. Ümumilikdə isə, notariat konturlarından bizə 400-ə qədər sənəd daxil olub. Onlar araşdırılır və çatışmayan sənədlər olduqda yenidən sistemə vurulur”.

Aytən Zəhra 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*