Saytımıza xoş gəlmisiniz

Şəhidlər Xiyabanında 1 mərmi aşkarlanıb

Oxunma sayı: 66

10-09-2018_-_lnkran_hri_-_hidlr_xiyaban_ksi_-_1

Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub.

Trend-in məlumatına görə, 10 sentyabr tarixində saat 19:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*