Saytımıza xoş gəlmisiniz

Səməd Seyidov: ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir

Oxunma sayı: 30

semed_seyidov_160518_2

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti əsas problemlərdən biridir və bu məsələni nəinki ölkə daxilində təşkil edilmiş tədbirlər çərçivəsində, eləcə də xaricdə müzakirə etmək lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini sədri Səməd Seyidov Bakıda keçirilən “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti diqqəti işğal olunmuş ərazilərimizdəki vəziyyətə cəlb etmək üçün bu məsələni mütəmadi olaraq beynəlxalq qurumlar səviyyəsində qaldırır:

“Bu gün bu məsələ Avropa Şurasının müzakirəsinə çıxarılıb və mən hesab edirəm ki, beynəlxalq qurumlarda, Avropada azərbaycanlı parlamentarilərin mümkün iştirakı ilə bugünkü səviyyədə konfrans keçirmək lazımdır. Düşünürəm ki, bu tərkibdə çoxtərəfli formatda konfransın təşkili son dərəcə vacibdir. Bu, həmin qlobal problemin həlli mexanizmlərinin axtarışı üçün daha səmərəli vasitə ola bilər”.

Komitə sədri bildirib ki, bu problemə ATƏT-in Minsk qrupu da xüsusi diqqət ayırmalıdır: “Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməlidir, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*