Saytımıza xoş gəlmisiniz

Sər­hədçilərin Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüşü təşkil olunub

Oxunma sayı: 45

heyder_zirvesi_yurush_130618__1

“15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində xidmətdə fərqlənmiş bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.

DSX-dən Trend-ə verilən məlumata görə, Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvələrə qalxaraq orada Azər­bay­canın Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidiblər.

Zirvələrdə nitq ilə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*