Saytımıza xoş gəlmisiniz

Səyavuş Heydərov: “İşğal olunmuş ərazilərdəki məbədlərdə heyvanların saxlanılması barədə beynəlxalq təşkilatlara məlumatlar verilib”

Oxunma sayı: 96

15232530854216221621_1000x669

“Ermənilərin işğal olunmuş ərazilərimizdəki vandalizm aktlarına qarşı tədbirlərin keçirilməsi prioritet məsələdir. Azərbaycanın işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbəd dağıdılıb. Bu məbədlərdə heyvanların saxlanılması barədə də məlumatlar verilib”.

Karabakh.TV APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi arabir bəzi məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlətməyə çalışır: “Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub. Biz bu işi davam etdirəcəyik və bununla bağlı konkret planlar nəzərdə tutulub”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*