Saytımıza xoş gəlmisiniz

Saakyan Cəbrayılda “kənd təsərrüfatı müşavirəsi” keçirdi… – Fotolar

Oxunma sayı: 137

received_1464554980340889

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyan dünən- aprelin 13-də Cəbrayıl rayonunun Araz çayına yaxın məntəqələrindən birində müşavirə keçirib.

“KarabakhTV” xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Qeyd edək ki, sözügedən məntəqə “Hadrut rayonunun “Araksavan” qəsəbəsi” kimi göstərilib.

B.Saakyan zəbt edilmiş Azərbaycan torpaqlarında kənd təsərrüfatıyla məşğul olan gənc sahibkarlarla görüşüb. Müşavirədə separatçı qurumun qəbul etdiyi proqrama uyğun olaraq Araz boyu ərazilərdə taxılçılıq, bağçılıq və tərəvəzçiliyin perspektivliyi məsələləri müzakirə edilib.

Sultan Laçın

received_1464555337007520received_1464555860340801
received_1464555853674135

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*