Saytımıza xoş gəlmisiniz

Şahnazaryan: “Azərbaycanın Qarabağ problemilə bağlı xarici siyasətində ciddi irəliləyişlər var”

Oxunma sayı: 829

received_2078675005739529

Karabakh.tv xəbər verir ki, 1992-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi məsələlər üzrə səfiri olmuş David Şahnazaryan 1in.am saytına verdiyi müsahibəsində Azərbaycanın Qarabağ probleminin həllilə bağlı xeyli fəallaşdığını və bir sıra hallarda təşəbbüsü ələ aldığını vurğulayıb.

Qeyd edib ki, buna alternativ olaraq biz öz konsepsiyamızda müəyyən dəyişiklər etməliyik. Çünki Azərbaycan öz xarici siyasətində üst mövqeyə çıxmaq üçün konkret taktiki gedişlər edir. Bu gedişlərin bir qismi artıq son həddədək reallaşdırılıb və uğurla başa çatdırılıb. Güman edirəm ki, bu uğurların izləri özünü yaxın vaxtlarda hər şeydən əvvəl Qarabağ münaqişəsində göstərəcək.

“Bu fonda Ermənistan üçün geniş imkanlar görmürəm”, – deyən Şahnazaryan sonda müsahibəsini bədbin notlar üzərində yekunlaşdırıb.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*