Saytımıza xoş gəlmisiniz

SAM “Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabını oxuculara təqdim edib

Oxunma sayı: 93

333333333333333333

Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində “Cümhuriyyətin Təhlükəsizlik Orqanları (1918-1920)” kitabını oxuculara təqdim edib.

SAM-dan Trend-ə verilən məlumata görə, kitabın müəllifi Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru, filologiya elmləri doktoru Cəlal Qasımov, elmi rəhbəri isə AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıdır.

Azərbaycanın xüsusi xidmət orqanlarının tarixinə və ötən əsrin 30-cu illərindəki bolşevik repressiyalarına dair 30-a qədər kitab və monoqrafiyanın müəllifi olan C. Qasımovun bu tədqiqat əsərində Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi tarixi yola nəzər salınır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Şərqdə ilk demokratik döv­lət olan Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının – Müdafiə Nazirliyinin tərkibində Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, bir qədər sonra Əksinqilabla Mübarizə Təşkilatının təsis edilməsi, həmin təhlükəsizlik orqanları­nın hansı zərurətdən yaradılması, süqutu, əməkdaşlarının taleyi və digər bu kimi məsələlər dövrün mətbuat orqanları və arxiv materialları əsasında tədqiq edilib. Monoqrafiyada Əksinqilabla Mübarizə Təşkilatı rəhbərlərindən Məmməd­bağır Şeyxzamanlı, Nağı bəy Şeyxzamanlı, Əli Razi Şamçızadə, Mahmud Səfikürdiski, Məmmədtağı Da­daşov kimi əməkdaşların sonrakı taleyi də tədqiqatın predmetinə çevrilib.

Müəllifin Azərbaycan Xalq Cümhuriyyəti və ondan əvvəlki Azərbaycan dövlətlərinin təhlükəsizlik məsələlərinə münasibəti qədim salnamələr və arxiv materialları əsasında tədqiq edilir. Cümhuriyyətin yaranması və onun müstəqilliyinin müdafiə və mühafizəsində xüsusi rolu olan, 1919-cu ilin mart ayının 28-də müdafiə naziri Səməd bəy Mehmandarovun və general-kvartirmeyster şöbəsinin rəisi Məmməd bəy Sulkeviçin birgə imzaladığı 157 saylı əmrlə yaradılan “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin, eləcə də “Əksinqilab ilə mübarizə təşkilatı”nın fəaliyyət istiqamətləri araşdırılır.

Kitabda müstəqilliyimizin möhkəmləndirilməsində Azərbaycana qarşı pozuculuq fəaliyyəti ilə məşğul olan denikinçilərə, erməni daşnaklarına və bolşeviklərə qarşı mətanətlə mübarizə aparan cümhuriyyətin təhlükəsizlik orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri indiyədək işıq üzü görməmiş arxiv materialları əsasında tədqiq edilib, xalqımız tarixində və taleyində mühüm rol oynayan bu qurumun strukturu, kadr siyasəti və sair məsələlər elmi və ictimai dövriyyəyə buraxılıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*