Saytımıza xoş gəlmisiniz

SAM-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Oxunma sayı: 44

sam_konfrans_160518__2

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Milli birlik, tarixi varislik və XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, SAM-ın direktoru Fərhad Məmmədov tədbiri salamlama nitqi ilə açıb.

Moderatorunun SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyevin olduğu “Azərbaycan XX və XXI əsrlərin əvvəllərində: Milli yaddaş və tarixin çağırışları” mövzusundakı birinci paneldə Kazan Federal Universitetinin Beynəlxalq Münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktor müavini Dilara Usmanova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru Anar İsgəndərov, Balıkesir Universitetindən Dr. Sabahəddin Şimşir və SAM-ın şöbə müdiri Tahirə Allahyarova Cümhuriyyət dövrü tarixinə dair məruzələrlə çıxış ediblər.

Moderatorunun Tahirə Allahyarovanın olduğu “Azərbaycan Xalq Cümhuriyyəti: İdeyadan gerçəkliyə gedən yol” mövzusundakı növbəti paneldə isə Rusiya EA Tarixi İnstitutunun doktoru Salavat İsxakov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, Mançester Universitetinin (Birləşmiş Krallıq) Yaxın Şərq Araşdırmaları Mərkəzindən Dr. Denis Volkov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri İradə Bağırova və Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxış ediblər.

SAM-ın Aparıcı elmi işçisi Araz Qurbanovun moderatoru olduğu sonuncu – “Şərqdə ilk demokratik və dünyəvi dövlət: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ümumdünya əhəmiyyətli tarixi hadisə kimi” panelinin məruzəçiləri isə tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, Sakarya Universitetinin professoru Dr. Enis Şahin, DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi Cəlal Qasımov, AMEA Tarix İnstitutundan Dr. Nigar Gözəlova və Dr. İlqar Niftəliyev olub.

Tədbir SAM-ın direktoru Fərhad Məmmədovun yekun çıxışı və sual-cavab sessiyası ilə başa çatıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*