Saytımıza xoş gəlmisiniz

Sarkisyan Vigeni yola salacaqmı? – Qızğın müzakirələr

Oxunma sayı: 108

124143_1523013730

Ermənistanda müdafiə naziri vəzifəsi ətrafında qızğın müzakirələr gedir. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda müdafiə nazirliyinin portfeli məsələsi hökumət düşərgəsində baş nazir dəyişikliyi məsələsindən sonra ilk sırada duran məsələlərdəndir.

Ermənistan Respublikaçılar partiyası üzvlərindən daxil olan məlumata görə, hazırda müdafiə nazirinin vəzifəsi ətrafında qızğın müzakirələr gedir.

Cəmi bir ay əvvəl müdafiə naziri vəzifəsinə iki potensial namizəd irəli sürülürdü: Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan və fövqəladə hallar naziri, müdafiə nazirinin keçmiş müavini Davit Tonoyan.

Məlumatlı mənbələr isə, Tonoyanın namizədliyinin bağlanıldığını bildirirlər. Ermənistan müdafiə nazirinin namizədliyinin məsələsi yuxarı hakimiyyət daxilində müzakirə olunmasına baxmayaraq, prezident aparatında Vigen Sarkisyanın vəzifədən məhrum edilməsi hələ dəqiqləşdirilməyib.

Partiya üzvləri deyirlər ki, Serj Sarkisyan, Viqen Sarkisyanı saxlamağa və ya onu Artak Zakaryanla əvəz etməyə hələ qərar verməyib. Qısası Vigen Sarkisyanın müdafiə nazirliyindən çıxarılma ehtimalı 50:50 olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*