Saytımıza xoş gəlmisiniz

Sarkisyanın yaxın ətrafı həbs edilir

Oxunma sayı: 20

36376816_2102290520044644_5607110410864951296_n

Karabakh.tv xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yaxın qohumu, “JLJ Project Company” cəmiyyətinin rəhbəri Narek Sarkisyanın bank  hesablarından 6 miln. 800 min dollar müsadirə edilib. İlkin olaraq əmlakın gizlədilməsi və qanunsuz varlanma maddələrilə cinayət işi açılıb.

Pullar Ermənistanda fəaliyyət göstərən banklardan birində Narek Sarkisyanın, onunla birgə yaşayan Leva Sarkisyanın və Ani Sarkisyanın adına yatırdılıb.

Məlum olub ki, Narek Sarkisyanın atası Lev Azadoviç Sarkisyan 2017-ci ildə xüsusi məsələlər üzrə Ermənistanın səfiri vəzifəsində çalışıb. Buna görə də qanunun tələbilə onun bütün əmlakı müsadirə olunub.

Faktla bağlı müxtəlif maddələr üzrə cinayət işi açılıb. Adları hallanan şəxslərin yaxın günlərdə həbs ediləcəyi gözlənilir.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*