Saytımıza xoş gəlmisiniz

Sekuta xanımı ilə məcburi köçkünlərin məktəbinə baş çəkib

Oxunma sayı: 113

784_1519214520

Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanovun müşayiəti ilə ABŞ səfiri Robert F.Sekuta və xanımı Anna Sekuta, o cümlədən ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin Yeni Qalada səfirliyin dəstəyi ilə 2007-ci ilin fevral ayının 21-də inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbə səfər ediblər.

Səfirlikdən Ordu.az-a verilən məlumata görə, səfər zamanı səfir və xanım Sekuta məktəb kitabxanasına həm ingilis, həm azərbaycan dillərində dünya klassiklərinin və uşaq kitablarından ibarət “Amerikan Rəfi” adlı böyük kitab kolleksiyası hədiyyə ediblər. Şagirdlər bir neçə şeir və mahnılar söyləyib və cəmiyyətə göstərdiyi dəstəyə görə səfirliyə minnətdarlıq məqsədilə səfirə oyulmuş daş təqdim ediblər.

Mövcud olduğu on il ərzində, səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəbi daha böyük sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edərək tədris imkanlarını 5000-dən çox uşaq üçün inkişaf etdirib. Belə təhsil bazası məcburi köçkün uşaqlarına özləri üçün, cəmiyyət üçün və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmağa imkan yaradacaq.

Yeni Qala Məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə dəstək göstərdiyi sayca on üçüncü məktəbdir. Həmin proqramın bir hissəsi olaraq, səfirlik cari ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlər üçün tikiləcək on yeddinci məktəbin tikintisinə dəstək göstərməyi planlaşdırır. 1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1,3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının və yaşayış şəraitinin təkmilləşdirilməsinə yönəlmiş humanitar dəstək layihələrinin, o cümlədən məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, ABŞ 1991-ci ildən etibarən məcburi köçkünlərə göstərilən dəstək üçün Azərbaycanı 125 milyon dollardan artıq vəsaitlə təmin edib.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*