Saytımıza xoş gəlmisiniz

Sent-Etyen meri Qarabağa qanunsuz səfər edib

Oxunma sayı: 29

2018/10/95166-1540186841.jpg

Fransanın Sent-Etyen şəhərinin meri Qarabağa qanunsuz səfər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Fransanın Sent-Etyen şəhərinin meri, “Fransa-Artsax” dostluq qrupunun üzvü Qael Perdrion Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Məlumata görə, səfər çərçivəsində işğal altında olan Şuşa və Fransanın Sent-Etyen şəhərləri arasında qanunsuz olaraq “Dostluq bəyannaməsi” imzalanıb.

Qeyd edək ki, Azərbaycanın qanunvericiliyə əsasən işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən şəxslər Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxslər siyahısına daxil edilir.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*