Separatçı rejimin yeni “dövlət naziri” Laçını, Qubadlı və Zəngilanı gəzdi… – Fotolar
Oxunma sayı: 283

Azərbaycanın işğal altındakı ərazilərimizdə qondarılmış qondarma separatçı rejimin məmurları hələki torpaqlarımızda bildiklərini edirlər. Bu günlərdə yeni təyin olunmuş “dövlət naziri” Qriqori Martirosyan Laçın, Qubadlı və Cəbrayıl rayonlarında səfərdə olub.
“KarabakhTV” xəbər verir ki, bu haqda separatçı nəşrlər məlumat yayıb. Separatçı məmur Laçın rayon mərkəzində tikilməkdə olan çoxfunksiyalı xəstəxana binasına baş çəkib. Sonra o, Qubadlının Xanlıq kəndində yeni tikilən 50-dək evin şəraiti ilə tanış olub, kənddə əkin-biçin işləriylə, tikilməkdə olan quşçuluq fermasıyla maraqlanıb, məktəbdə məzunlarla görüşüb. Daha sonra Q.Martirosyan Cəbrayıl rayonunun Araksavan adlandırılmış yaşayış məntəqələrindən birində(çox güman ki, Qumlaq kəndidir) də olub.
Sultan Laçın


