Saytımıza xoş gəlmisiniz

Serj Sarkisyan Ermənistanın baş naziri seçildi: “Lehinə” 77 deputat səs verib

Oxunma sayı: 132

930268

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sarkisyan 17 səs əlryhinə, 77 səs lehinə olmaqla Ermənistanın baş naziri seçilib.

Ermənistan Respublikaçılar partiyasının fraksiyası və “Daşnaksütyun” aprelin 16-də keçirilən birgə iclasında Ermənistan Milli Məclisinə partiyanın sədri, respublikanın 3-cü prezidenti Serj Sarkisyanın baş nazir postuna rəsmən namizədliyini irəli sürüb.

Konstitusiyaya görə, prezident məclis tərəfindən seçilmiş baş naziri vəzifəsinə dərhal təyin edir.

Onu da qeyd edək ki, aprelin 9-dan etibarən Ermənistan bu parlament üsul-idarəsinə keçib. Elə həmin gündən Armen Sarkisyan and içərək Ermənistan prezidenti səlahiyyətlərinin icrasına başlayıb.

Səbuhi GÜNDÜZ

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*