Saytımıza xoş gəlmisiniz

Serj Sarkisyan Paşinyanın xüsusi nümayəndəsi ola bilər

Oxunma sayı: 120

received_2101807373426292

Ermənistanın baş nazirinin xarici siyasət üzrə  məsləhətçisi Arsen Xaratyan Qarabağ münaqişəsinin nizama salınması prosesinə gələcəkdə sabiq prezident Serj Sarkisyanın cəlb olunması ehtimalını istisna etmir.

Karabakh.tv xəbər verir ki, o bu haqda yerli KİV-lərə müsahibəsində bildirib:

“Ola bilsin elə bir gün gəlsin ki, S.Sarkisyan Qarabağ problemi üzrə xüsusi nümayəndə kimi danışıqlara göndərilsin. Kim bilir? Mən dövlət maraqlarından danışıram. Əgər bu maraqların təmin olunmasında ona ehtiyac yaransa və biz bunu zəruri hal kimi dəyərləndirsək, yuxarıda vurğulananların reallaşması mümkündür.”

Arsen Xaratyan daha sonra qeyd edib ki, Ermənistanda danışıqlar prosesindən tam məlumatlı çox az adam var. Diplomatlar isə heç vaxt sabiq olmurlar.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*