Saytımıza xoş gəlmisiniz

Serj Sarkisyan Qarabağa gəlib

Oxunma sayı: 167

29964-1533804871

Ermənistanın sabiq prezidenti, Respublikaçılar partiyasının sədri Serj Sarkisyan 10 gün İtaliyada istirahət etdikdən sonra Ermənistana qayıdıb, oradan isə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Karabakh.tv AzVision.az-a istinadla bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat verib. Qeyd olunur ki, Serj Sarkisyan artıq 3 gündür ki Xankəndidədir. Onun anasının məzarına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi bildirilir.

Sabiq prezidentin ofisinin rəhbəri Nairi Petrosyan Sarkisyanın Ermənistana qayıtması barədə məlumatı təsdiq edib.

Leyla Elbrusqızı
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*