Saytımıza xoş gəlmisiniz

Serj Sarkisyanın bacısı oğlu həbs olundu

Oxunma sayı: 200

36912331_2113106112296418_2994959370711728128_n

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bacısı oğlu Ayk Sarkisyana qarşı qanunsuz silah saxlama və adam öldürməyə cəhd maddələrilə cinayət işi açılıb.

Karabakh.tv NEWA.am saytına istinadən xəbər verir ki,  Ermənistanın istintaq xidmətinin mətbuat katibi tərəfindən yayılan məlumata görə, müstəntiq Ayk Sarkisyanın həbs olunması ilə bağlı vəsatət qaldırıb.

Cinayət işinə görə, 1 aprel 2007-ci ildə 1984-cü il təvəllüdlü İrəvan sakini David Simonyan güllə yarası ilə hospitala yerləşdirilib.

Həmin gün polis şöbəsinə gələn Artur Gevorkyan üzərində olduğu silahı təhvil verib, onu küçədən tapdığını və həmin silahla ehtiyatsızlıq üzündən David Simonyanı güllələdiyini bildirib.

Güllələnmə faktı ilə bağlı qaldırılan cinayət işi tərəflər arasındakı barışıq üzündən və şikayət ərizəsi olmadığına görə qısa müddətdə bağlanıb.

Amma 3 iyun 2008-ci ildə cinayət faktı ilə bağlı  fərqli məqamlar ortaya çıxıb. Məlum olub ki,  hadisə zamanı David Simonyanı güllələyən Artur Gevorkyan olmayıb,  Ayk Sarkisyan olub. Cinayət isə təsadüfən törədilməyib. Əksinə Ayk Sarkisyan David Simonyanı öldürmək məqsədilə güllələyib.

Ayk Sarkisyana qarşı qanunsuz silah saxlama və adam öldürməyə cəhd maddələrilə cinayət işi açılıb.

İbrahim Rüstəmli / Karabakh.tv  

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*